Bəzi rayonlara qar yağır -

Bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA

16 Yanvar 2025

Saat 17:00-a olan məlumata əsasən Pirallahı, Çilov adası, Neft Daşları, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Şahdağda qar yağır.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Çilov adası, Naxçıvan, Şahbuz, Culfa, Gəncə, Balakən, Qəbələ, Balakən, Yevlax, Göyçay, Lerik, Şəkidə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 8, Naxçıvan MR-da 1, dağlıq rayonlarda 7 dərəcəyək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.