Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri Xiyabanı ziyarət ediblər -

Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri Xiyabanı ziyarət ediblər - FOTO

07 Dekabr 2024

Beynəlxalq Parlament Konfransının iştirakçıları dekabrın 7-də Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Qeyd edək ki, dekabrın 6-dan 8-dək Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilir.