Bellinqem Serbiya – İngiltərə matçının ən yaxşısı seçilib

Bellinqem Serbiya – İngiltərə matçının ən yaxşısı seçilib

17 İyun 2024

İngiltərənin milli futbol komandasının hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqhem AVRO-2024-ün qrup mərhələsində Serbiya ilə oyunun ən yaxşı oyunçusu seçilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" UEFA-nın saytına istinadən xəbər verir.

Xatırladaq ki, bu görüşdə yeganə qolu elə 10 nömrəli Bellinqem vurmuşdu.

İyunun 20-də C qrupunun növbəti oyununda İngiltərə Danimarka, Serbiya isə Sloveniya ilə qarşılaşacaq.