Bayram günlərində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 17 nəfər qəbul edilib

Bayram günlərində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 17 nəfər qəbul edilib

20 İyun 2024

Bayram günlərində (15-19 iyun) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 17 nəfər qəbul edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, şöbəyə qəbul edilən şəxslər dərman, ilan sancması və sirkədən zəhərlənən şəxslərdir.

R.Məmməd bildirib ki, həmin müddətdə ölüm halı qeydə alınmayıb.