Bakıda insan skeletinin kəllə və sümükləri aşkarlanıb

Bakıda insan skeletinin kəllə və sümükləri aşkarlanıb

20 İyul 2023

Bakıda insan skeletinin kəllə və sümükləri aşkarlanıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 19-da paytaxtın Binqədi rayonunun Baksol qəsəbəsi ərazisində insan skeletinin kəllə və 2 ədəd bazu sümüyünə bənzər sümüyün aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanaraq, müvafiq ekspertizalar təyin edilib.