Bakıda COP29 iqlim konfransı çərçivəsində ən böyük yaşıl enerji forumu keçiriləcək
Bakıda Mərkəzi və Şərqi Avropada yaşıl enerji məsələləri üzrə ən böyük forum keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Diplomat qeyd edib ki, bu tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq.
“Bolqarıstanın Dir.bg internet portalının dəstəyi ilə təşkil edilən Mərkəzi və Şərqi Avropada yaşıl enerji məsələləri üzrə ən böyük forum olan “Green Transition” forumu COP29 iqlim konfransı çərçivəsində ilk dəfə Bakıda keçiriləcək”, – o bildirib.