Babək rayonunda yol qəzası olub, xəsarət alan var

Babək rayonunda yol qəzası olub, xəsarət alan var

21 Oktyabr 2023

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, hadisə rayonun Hacıvar kəndində qeydə alınıb.

Qəza nəticəsində 1999-cu il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayon sakini Kərimov Əlisəfa Mustafa oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.