Babək Rayon Mədəniyyət Sarayında “Anım Günü” ilə əlaqədar tədbir keçirilib -

Babək Rayon Mədəniyyət Sarayında “Anım Günü” ilə əlaqədar tədbir keçirilib - FOTO

28 Sentyabr 2023

Tədbir başlamazdan əvvəl Azərbaycanın ərazi bötüvlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan himni səsləndirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tədbirdə YAP Babək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov, Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Hacı Hacıyev və Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə çıxış ediblər.

Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-də İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarından qovdu və ərazilərini düşmən qüvvələrdən azad edə bildi.

“Anım Günü” tədbirində ədəbi – bədii kompozisiyalar nümayiş etdirilib.