![“Azərreyl”in Çağırış Kubokundakı oyunlarının vaxtı müəyyənləşib](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/azerreylin-cagiris-kubokundaki-oyunlarinin-vaxti-mueyyenlesib-1696332344.jpg)
“Azərreyl”in Çağırış Kubokundakı oyunlarının vaxtı müəyyənləşib
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çağırış Kubokunun 1/32 final mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Ukrayna təmsilçisi “Balta” ilə bu raundun hər iki matçı tərəflərin razılığına əsasən Bakıda baş tutacaq.
Azərbaycan klubu rəqibini oktyabrın 17-də qəbul edəcək. Bir gün sonra “Balta” nominal meydan sahibi olacaq. Azərbaycan Voleybol Mərkəzində keçiriləcək hər iki görüş saat 20:00-da start götürəcək.