Azərbaycanın üç güləşçisi "BRICS Sports Games Kazan 2024"də bürünc medal qazanıb

Azərbaycanın üç güləşçisi "BRICS Sports Games Kazan 2024"də bürünc medal qazanıb

20 İyun 2024

Azərbaycan yunan-Roma güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında uğurlu çıxış edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün milli üzvlərindən üçü fəxri kürsüyə yüksəlib.

Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) bürünc medal qazanıb.