Azərbaycanın Maldivdəki qeyri-rezident səfiri etimadnaməsini adanın Prezidentinə təqdim edib
Azərbaycanın Maldivdəki qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini adanın Prezidenti Mohamed Muizzuya təqdim edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.
“Etimad məktubumu bu gün məni Azərbaycanın qeyri-rezident səfiri kimi akkreditə edən Maldiv Respublikasının Prezidenti Zati-aliləri Dr. Mohamed Muizzuya təqdim etmək şərəfinə nail oldum. Azərbaycan ilə Maldiv adaları arasında dostluq əlaqələrinin daim genişlənməsinə xidmət etmək şərəfdir”, – paylaşımda qeyd olunub.