Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

14 Fevral 2025

Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) gənclər arasında çıxış edən milli komandamızın üzvü Humay Dadaşova qızıl medal qazanıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

O, 46 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib.