Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar

Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar

29 Aprel 2024

Azərbaycanın çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət U-18 yığmaları Türkiyədə təlim-məşq toplanışı keçəcəklər.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komandalar bu məqsədlə bu gün Antalyaya yola düşüblər. Mayın 12-dək davam edəcək hazırlıq prosesi zamanı voleybolçular yoxlama oyunlarında qüvvələrini sınayacaq və “Sportbeach” turnirində iştirak edəcəklər.

Mənsurə Hümbətova