Azərbaycanın basketbol milliləri Belarusa yollanıblar

Azərbaycanın basketbol milliləri Belarusa yollanıblar

05 Dekabr 2024

Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət U-16 basketbol milliləri Belarusa yollanıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığmalarımız sözügedən ölkədə Vladimir Rejenkov adına 27-ci beynəlxalq turnirdə iştirak edəcəklər.

Qeyd edək ki, yarış dekabrın 6-dan 8-dək keçiriləcək.