Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutulub

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutulub

19 İyul 2024

Azərbaycan tərəfindən axtarışda olan şəxs Rusiyada saxlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilən 1978-ci il təvəllüdlü Emin Yusufov Rusiya Federasiyasında tutulub.

O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir.

Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.