Azərbaycanda vergidən azadolmalara yenidən baxılması təklif olunur
Azərbaycanda vergidən azadolmalara yenidən baxılması təklif olunur.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, pensiya kapitalını sosial haqlar formalaşdırır: "Əgər pensiya kapitalında azad olunan sosial məbləği konpensasiya etmiriksə, avtomatik olaraq onlar pensiyaya çıxanda daha aşağı pensiya alacaqlar".
V.Bayramov bildirib ki, vergidən azadolmalar müsbət haldır: "Biz qeyri-neft və qeyri-dövlət sektorunda çalışanları gəlir vergisindən azad etmişik. Eyni zamanda da dövlət və neft sektorunda çalışanlar gəlir vergisinə cəlb olunub. Məsələn, həm dövlət, həm də qeyri-dövlət səhiyyə müəssisəsi var. Qeyri-dövlət səhiyyə müəssisələri vergidən azaddır, amma dövlət səhiyyə müəssisələri vergidən azad deyil. Bu da müəssisələr arasındakı rəqabəti pozur. Dövlət sektorunda çalışan daha çox, qeyri-dövlətdə çalışan isə daha az vergi ödəyir. Bu da ixtisaslı kadrların cəlb edilməsində çətinlik yaradır. Ona görə də vergidən azadolmalara yenidən baxılması vacibdir. Vergidən azadolmalar mülkiyyət növündən asılı olmayaraq heç bir sektorda rəqabəti pozmalı deyil".
Mənsurə Hümbətova