Azərbaycanda vərəmlə bağlı laboratoriya yaradılacaq

Azərbaycanda vərəmlə bağlı laboratoriya yaradılacaq

29 May 2023

Azərbaycanda vərəmin əkilməsi ilə bağlı ölkə səviyyəli referans laboratoriyası yaradılacaq.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov “TƏBİB məsləhəti”ndə deyib.

Onun sözlərinə görə, Azərbaycanda vərəm xəstələrinin sayı kritik səviyyədə deyil: "Ancaq bununla belə, vərəmlə mübarizə istiqamətində görülən işlərə həssas yanaşılmalıdır. Məsələni diqqətdən kənarda qoymaq olmaz. Vərəm 60-70 % hallarda ağciyərləri tutur, tənəffüs yolları xəstəliyi kimi bilinir. Ağciyərdən kənar orqanların vərəmə yoluxması ehtimalları da az deyil”.

A.İsmayılov bildirib ki, laboratoriya vərəmin diaqnostikasında istifadə olunan ən vacib müayinə üsullarından biridir: “Artıq yeni laboratoriyanın açılması ilə bağlı işlər gedir və yaxın gələcəkdə fəaliyyətə başlayacaq”.