Azərbaycanda uşaqların efirə çıxarılması ilə bağlı media qanununa dəyişiklik edilməsi təklif olunur

Azərbaycanda uşaqların efirə çıxarılması ilə bağlı media qanununa dəyişiklik edilməsi təklif olunur

11 İyun 2024

Azərbaycanda uşaqların efirə çıxarılması ilə bağlı media qanununa dəyişiklik edilməlidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov iyunun 11-də Bakıda keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində bildirib.

Onun sözlərinə görə, uşaqların problemlərinin müzakirəsi üçün yerli televiziyalarda yayımlanan tok-şoulara çağırılması onlara qarşı zorakılığa gətirib çıxarır: "Ona görə də qanunvericilikdəki bu sahədəki boşluqlar doldurulmalıdır. Biz problemin həlli üçün "Media haqqında" qanuna dəyişikliyin edilməsi təklifini irəli sürmüşük. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən dəstək istəmişik".