Azərbaycanda “Kredit büroları haqqında” qanun dəyişib

Azərbaycanda “Kredit büroları haqqında” qanun dəyişib

28 Noyabr 2024

Prezident İlham Əliyev “Kredit büroları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun təsdiqləyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra vətəndaşlar kredit bürosunun müəyyən etdiyi qaydada barəsində büroya daxil olmuş neqativ məlumat haqqında ödənişsiz bildiriş ala biləcək.

Bildirişdə neqativ məlumatı verən məlumat təchizatçısı göstəriləcək.