Azərbaycanda kino çəkilişi ƏDV-dən azad oluna bilər

Azərbaycanda kino çəkilişi ƏDV-dən azad oluna bilər

05 Dekabr 2023

Milli Məclisdə kino çəkilişlərinin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı dinləmələr keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, dinləmələr yaxın 10 gün ərzində baş tutacaq. Müzakirələrə rejissorlar, prodüserlər, və başqa sənət adamları dəvət olunacaq.