Azərbaycanda informasiya təhlükəsizliyi boşluqları aşkarlanmış dövlət qurumlarının sayı 6 % azalıb

Azərbaycanda informasiya təhlükəsizliyi boşluqları aşkarlanmış dövlət qurumlarının sayı 6 % azalıb

05 Avqust 2024

Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 445 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 % azdır.

Təkcə iyulda isə 59 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki ayın göstəricisindən 55 %, 1 il əvvələ nisbətən isə 23 % çoxdur.

2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci illə müqayisədə 26 % çoxdur.