
Azərbaycanda energetika sahəsi üzrə fəaliyyət növləri müəyyənləşir
Azərbaycanda energetika sahəsində 10 fəaliyyət növü olacaq.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu, Milli Məclisə daxil olmuş "Energetika haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin fəaliyyət növləri aşağıdakılardır:
- enerji resurslarının kəşfiyyatı;
- enerji resurslarının işlənməsi və hasilatı;
- enerji resurslarının emalı;
- enerjinin istehsalı;
- enerjinin saxlanılması;
- enerjinin nəqli (ötürülməsi);
- enerjinin paylanması;
- enerjinin idxalı və ixracı;
- enerjinin topdan və (və ya) pərakəndə satışı;
- təbii qaz və elektrik enerjisi bazarlarının fəaliyyətinin təşkili.