Azərbaycanda energetika sahəsi üzrə dövlət siyasətinin əsas prinsipləri müəyyən edilir

Azərbaycanda energetika sahəsi üzrə dövlət siyasətinin əsas prinsipləri müəyyən edilir

18 Sentyabr 2023

Azərbaycanda energetika sahəsində dövlət siyasətinin 6 əsas prinsipi olacaq.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu, Milli Məclisə daxil olmuş "Energetika haqqında" yeni qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin prinsiplər aşağıdakılardır:

- energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması;

- energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi;

- energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı;

- bu Qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması;

- enerji istehlakçılarının hüquqlarının müdafiəsi;

- energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi.