Azərbaycanda elektron satınalmalarda iştirakçıların sayı 2 dəfədən çox artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda keçirilmiş elektron satınalmaların sayı 17 804, satınalmalarda iştirakçıların sayı isə 99 447 təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə müsabiqələrdəki iştirakçı sayında 2 dəfədən çox artım müşahidə edilib. Bir elektron satınalmada iştirak edən orta təchizatçı sayı isə ötən illə müqayisədə 1,45 dəfə artaraq 5,66-ya çatıb.
“Dövlət satınalmalarının elektronlaşdırılması bütün təchizatçılara bərabər rəqabət şəraitinin yaradılmasına xidmət etməklə yanaşı, keçirilən satınalmaların nəticəsi barədə ictimaiyyətin məlumatlandırılmasına və ümumilikdə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır”, - Dövlət Xidməti qeyd edir.