Azərbaycanda dəniz nəqliyyatı ilə beynəlxalq daşımalar artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyard 605,3 milyon ABŞ dolları dəyərində 1 milyon 908,4 min ton yük daşınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 27,4 % və 5,1 % çoxdur.
8 ayda dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 61,6 min ton (illik müqayisədə 17,9 % çox), dəyəri 77,5 milyon ABŞ dolları (32,4 % az), idxal olunan yüklərin isə həcmi 1 milyon 846,8 min ton (4,7 % çox), dəyəri 1 milyard 527,7 milyon BŞ dolları (33,4 % çox) təşkil edib.