Azərbaycana gətirilən bəzi tibb vasitələri üçün ekspertizaya sənəd qəbulu dayandırılıb

Azərbaycana gətirilən bəzi tibb vasitələri üçün ekspertizaya sənəd qəbulu dayandırılıb

05 İyun 2024

Azərbaycana gətirilən bəzi tibb vasitələri üçün ekspertizaya sənəd qəbulu müvəqqəti dayandırılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, I risk qrupuna aid tibb vasitələri istisna olmaqla dövlət qeydiyyatına alınmadan tibb vasitələri ölkəyə idxal oluna bilməz:

"Yaxın günlərdə tibb vasitələrinin qeydiyyat prosesinin başlanılması gözlənilir. Bu baxımdan tibb vasitələrinin idxalı (I risk sinfinə daxil olan tibb vasitələri istisna olmaqla) və tibb vasitəsi olub-olmaması ilə bağlı ekspertiza üçün sənəd qəbulu müvəqqəti dayandırılır".