Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı artıb

Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı artıb

12 Sentyabr 2024

Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş 3 milyard ABŞ dolları birbaşa xarici investisiyada neft-qaz sektorunun xüsusi çəkisi 80,4 % olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz bəndi çoxdur.

Son 1 ildə birbaşa xarici investisiyaların məbləği dəyişməyib.