Azərbaycan XİN Hindistana başsağlığı verib

Azərbaycan XİN Hindistana başsağlığı verib

03 İyun 2023

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bu barədə qurumun tviterində paylaşım edilib.

“Hindistanda dəhşətli sərnişin qatarı qəzası xəbəri bizi dərindən kədərləndi.

Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir və Hindistan Respublikası xalqının və hökumətinin kədərini bölüşürük”, - başsağlığında bildirilib.