Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

11 Yanvar 2025

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki səhifəsində yer alıb.

“Birləşmiş Ştatların hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bütün xəsarət alanların tezliklə sağalmalarını arzu edirik”, - paylaşımda qeyd olunur.