Azərbaycan və Türkiyənin Fransadakı səfirləri arasında görüş olub

Azərbaycan və Türkiyənin Fransadakı səfirləri arasında görüş olub

18 Sentyabr 2023

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisə təyin olunmuş yeni səfiri Yunus Demirer ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə L.Abdullayeva "X" səhifəsində paylaşım edib.

Görüş Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub.

Səfir türkiyəli həmkarına diplomatik fəaliyyətində uğurlar arzulayıb.