Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb

25 May 2023

Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sənədi Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç imzalayıblar.

İki ölkənin parlament rəhbərləri bu memorandumun münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inamlarını ifadə ediblər.