Azərbaycan və Qırğızıstan Gömrük xidmətlərinin əməkdaşlığına dair sənədlər təsdiqlənib -

Azərbaycan və Qırğızıstan Gömrük xidmətlərinin əməkdaşlığına dair sənədlər təsdiqlənib - FƏRMAN

14 İyun 2024

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiq edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Dövlət başçısının digər fərmanı iləAzərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş təsdiq edilib.

Bundan başqa, Azərbaycan Ədliyyə Nazirliyi ilə Qırğız Respublikası Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş də təsdiqlənib.