Azərbaycan və Moldova bərpa olunan enerji üzrə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Moldova bərpa olunan enerji üzrə əməkdaşlığı müzakirə ediblər

04 Aprel 2025

Azərbaycanla Moldova arasında bərpa olunan enerji sahəsində layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirin sözlərinə görə, müzakirələr Moldovanın energetika naziri Dorin Junqetu ilə keçirdiyi görüşdə baş tutub: "Görüş zamanı ölkələrimizin iqtisadi sektorda birgə fəaliyyəti müzakirə edilib”.