Azərbaycan və Misir şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Misir şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edib

05 Noyabr 2024

Azərbaycan və Misir arasında dayanıqlı şəhərsalma və infrastruktur sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr 12-ci ÜmumdünyaŞəhərsalmaForumu (WUF12) çərçivəsində Misirin Mənzil, kommunal və şəhər icma işləri naziri Şərif El Şerbini ilə görüş çərçivəsində baş tutub.

"Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik olan WUF12-nin uğurlu təşkili münasibətilə təbriklərimizi çatdıraraq, 2026-cı ildə Bakıda baş tutacaq WUF13-ün hazırlıqlarında Azərbaycanın Misirin təcrübəsindən geniş faydalanacağına əminliyimizi bildirdik", - deyə sədr qeyd edib.