Azərbaycan Türkmənistanla əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

Azərbaycan Türkmənistanla əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

04 Oktyabr 2023

Azərbaycan və Türkmənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr aparıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

M. Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

"Ölkələrimizin ortaq fəaliyyətinin və iqtisadi sahədə tərəfdaşlığının regionun inkişafı üçün faydalarından məmnunluq ifadə etdik və ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr apardıq", - nazir qeyd edib.