Azərbaycan səfiri Yaponiyanın naziri ilə COP29-u müzakirə edib

Azərbaycan səfiri Yaponiyanın naziri ilə COP29-u müzakirə edib

30 Oktyabr 2024

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiyanın ətraf mühit naziri Keyitiro Asao ilə COP29-u müzakirə edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

“Oktyabrın 29-da Azərbaycanın Yaponiyadakı səfiri Zati-aliləri Gürsel İsmayılzadə nazir Asaoya nəzakət ziyarəti edib. Onlar noyabrın 11-də keçiriləcək COP29 barədə fikir mübadiləsi aparıblar”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, iki həftə əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Yaponiyaya işgüzar səfəri zamanı iki ölkə arasında qarşılıqlı münasibətlərin vəziyyəti və inkişaf perspektivləri, Bakı ilə İrəvan arasında sülh prosesi və qarşıdan gələn COP29 konfransı müzkirə edilmişdi.