Azərbaycan səfiri pakistanlı nazirlə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

Azərbaycan səfiri pakistanlı nazirlə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

10 İyul 2024

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri Əhsən İqbal ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub.

Məlumata görə, tərəflər Pakistan və Azərbaycan arasında möhkəm qardaşlıq münasibətlərini vurğulayıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.