
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin NATO nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə azərbaycanlı diplomat “X”də yazıb.
O bildirib ki, tərəflər Türkiyə Böyük Millət Məclisində (TBMM) bir araya gəliblər.
Görüş zamanı parlamentlərarası əlaqələr müzakirə olunub.