Azərbaycan qarğıdalı idxalını 23 % artırıb

Azərbaycan qarğıdalı idxalını 23 % artırıb

19 İyun 2024

Bu ilin yanvar-may aylarında Azərbaycana 57,6 min ton qarğıdalı idxal edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 18,2 milyon ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 min ton (23 %), dəyər baxımından isə 2,7 milyon ABŞ dolları (17,1 %) çoxdur.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,25 %-ni təşkil edib.