
Azərbaycan parataekvondoçuları Qran-pri və dünya çempionatında iştirak edəcəklər
Sentyabrın 19-da Meksikanın Verakrus ştatında keçiriləcək Qran-pridə Azərbaycanın üç parataekvondoçusu mübarizə aparacaq.
Azərbaycan Taekvondo Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, baş məşqçi Fərid Tağızadə turnirdə Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərliyə (80 kq) şans verəcək.
Hər 3 idmançı K-44 kateqoriyasında qüvvəsini sınayacaq.
Bu parataekvondoçular ardınca eyni məkanda dünya çempionatına da qatılacaqlar. Mundial 21-24 sentyabrda gerçəkləşəcək.