Azərbaycan-Oman ikitərəfli əlaqələrinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Sentyabrın 8-də Azərbaycanın Respublikasının Oman Sultanlığındakı yeni səfiri Rəşad İsmayılov etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Badr Albusaidiyə təqdim edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə səfirlikdən məlumat verilib.
Bildirilib ki, nazir Badr Albusaidi səfir R.İsmayılova iki dost ölkə arasında əlaqələrin daha da inkişafı sahəsindəki fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, həmçinin Azərbaycan və Oman Sultanlığı arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı, iqtisadi, enerji, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Nazir, həmçinin Bakı şəhərində keçiriləcək COP29-un qlobal iqlim problemlərinin həllinə öz töhfəsini verəcəyini qeyd edərək, bu çətin və məsuliyyətli ev sahibliyində Azərbaycana uğurlar arzulayıb.