Azərbaycan Mərkəzi Asiyanın yeni ticarət mərkəzinə çevrilir -

Azərbaycan Mərkəzi Asiyanın yeni ticarət mərkəzinə çevrilir - FOTO

12 Fevral 2025

Azərbaycan ilə Türkiyə arasında ticarət əlaqələrinin inkişafı və beynəlxalq ticarət imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu çərçivədə “NB Holdinq” ASC-nin Müşahidə Şurasının sədri Ruslan Eyyubov, holdinqin əməkdaşları və “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklu arasında görüş keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə “Türk Ticarət Mərkəzi”nin fəaliyyəti, faydalı qazıntı yataqlarının işlənməsi, yeni istehsal sahələrinin yaradılması və loqistik xidmətlərin təkmilləşdirilməsi müzakirə olunub. Eyni zamanda, ticarət sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri və yeni investisiya imkanları dəyərləndirilib.

Bundan əlavə, Qırğızıstan və Özbəkistanın Sənaye və Ticarət Palatalarının prezidentləri ilə birgə tədbirlərin təşkili və ticarət həcminin artırılması məsələləri gündəmə gətirilib. Bu təşəbbüslər Azərbaycanın bölgədə mühüm ticarət mərkəzinə çevrilməsi istiqamətində atılan addımlardan biridir.