Azərbaycan klubunun yeni baş məşqçisi açıqlanıb

Azərbaycan klubunun yeni baş məşqçisi açıqlanıb

15 İyun 2024

Azərbaycan II Liqası təmsilçisi "Füzuli"nin yeni baş məşqçisi açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" klubun mətbuat xidmətinə isitnadən xəbər verir ki, türkiyəli mütəxəssis İbrahim Uzunca əyalət təmsilçisini çalışdıracaq.

UEFA PRO kateqoriyalı məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2011-ci ildən etibarən, fasilələrlə, "Lokomotiv Biləcəri", "Bakı" FK, "Şahdağ" Quba və "Xan Lənkəran" klublarında fəaliyyət göstərib.

Türkiyədə isə "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir" və "Osmaniyespor" klublarının baş məşqçisi postunda çalışıb.