
Azərbaycan İsraillə kosmik sahədə əməkdaşlığı müzakirə edib
Azərbaycan İsraillə innovasiyalar, kosmik sahə və aviasiya üzrə əməkdaşlıq məsələlərini müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu müzakirələr Azərbaycanda səfərdə olan İsrailin regional əməkdaşlıq naziri David Amsalemlə görüş zamanı aparılıb.