Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar

Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar

30 Sentyabr 2024

Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa kubokunda üç medal qazanıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Rəşad Yelkiyev (66 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnib.

Hüseyn Allahyarov (60 kq) və Camal Qamzatxanov (+100 kq) isə gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, Azərbaycan yarışın komanda hesabında 4-cü olub.