Azərbaycan “Binance”la milli iqtisadiyyatda blokçeynin tətbiqini müzakirə edib
Azərbaycan “Binance” şirkəti ilə milli iqtisadiyyatda blokçeyn texnologiyalarının tətbiqi və birgə tədbirlərin təşkili məsələlərini müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir ki, müzakirələr 4SİM-in icraçı direktoru Fariz Cəfərovun “Binance”ın Baş Marketinq Direktoru Reyçel Konlanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.
Tərəflər həmçinin universitetlər, təhsil müəssisələri və ekosistemin iştrakçıları ilə koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə də məlumat verilib.