
Azərbaycan ABŞ şirkəti ilə rəqəmsal transformasiyanı müzakirə edib
Azərbaycanla ABŞ-ın "McKinsey & Company" şirkəti arasında iqtisadiyyatda rəqəmsal transformasiya müzakirə edilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində "McKinsey & Company" şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində potensial tərəfdaşlıqlar, biznes mühitinin və insan kapitalının innovativ əsaslarla inkişafı istiqamətində şirkətlə əməkdaşlıq və iqtisadiyyatda rəqəmsal transformasiyanın perspektivləri barədə danışdıq", - deyə o qeyd edib.
Mənsurə Hümbətova