Azər Bayramov: Naxçıvanın büdcəsi artıb

Azər Bayramov: Naxçıvanın büdcəsi artıb

18 Dekabr 2024

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumunda Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramov çıxış edib. 

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, o qeyd edib ki, bölgə geniş abadlıq işlərinin aparıldığı, yeni infrastruktur layihələrinin reallaşdırıldığı və yaşıl enerji zonası elan olunan bir yerə çevrilib. 

Son 22 ildə Naxçıvanın büdcəsinin 13,2 dəfə artaraq 539,3 milyon manata çatdığı qeyd olunub. Bununla yanaşı, 2023-2027-ci illər üçün təsdiq edilən Dövlət Proqramı çərçivəsində Naxçıvanın daha da inkişaf etdirilməsi məqsədilə 150 milyon manat ayrılacağı bildirilib.

Azər Bayramov bildirilib ki, cari ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Naxçıvan Xəzinədarlıq İdarəsinin yaradıldığı və bu idarənin Naxçıvan ərazisində büdcə və maliyyə əməliyyatlarının şəffaflığını artırmaq məqsədilə fəaliyyət göstərdiyi vurğulanıb.

Nazir müavini 2024-cü ildə Azərbaycanın və Naxçıvanın daha yüksək nailiyyətlərə imza atacağına əmin olduğunu bildirib.