AZAL-ın gecikmiş Bakı-İstanbul reysi baş tutub -

AZAL-ın gecikmiş Bakı-İstanbul reysi baş tutub - YENİLƏNİB

14 İyul 2023

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçirilən və texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri saat 13:46-da digər təyyarə ilə uğurla yola düşüblər.

NAXCİVANXEBERLERİ.COM bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təbii olaraq gecikmiş İstanbul-Bakı marşrutu üzrə reys isə Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.