Azad olunmuş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı

Azad olunmuş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı

01 Avqust 2024

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, azad olunan ərazilərdə iyul ayı ərzində 290 tank əleyhinə mina, 359 piyada əleyhinə mina, 3079 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 6905.4 hektar ərazi minalardan təmizlənib.